Yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən şirkət, əsasən, ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmışdır. Layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlərin kompleks icrasını təmin edən infrastruktura malik olmasışirkətin gördüyü işlərin operativliyinə və keyfiyyətinə möhkəm zəmin yaradır.
Fəaliyyət göstərdiyimiz müddətdə əsaslı tikinti və tikinti-abadlıq işləri ilə bağlı 600-dən çox layihə üzrə işləri uğurla başa çatdırmışıq ki, onların da arasında paytaxt Bakının simasına xüsusi gözəllik və yaraşıq verən bir sıra müasir tikililər, parklar və istirahət məkanları vardır.