“Rahat Həyat yaşayış kompleksi" MTK “AzmanHolding” şirkətlər qrupuna daxildir. 7 avqust 2017-ci ildə BŞİH tərəfindən tikintiyə icazə verilib və 17 oktyabr 2022-ci ildə bina istismara təhvil verilib. Bu kompleks Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 32,34,36 ünvanında yerləşir. 3 giriş, 54 mənzil və 9 mərtəbədən ibarətdir. “Rahat Həyat yaşayış kompleksi" İSO9001:2008 standartı ilə, yüksək keyfiyyətlə tikilmişdir. Kompleks 24 saat kamera və canlı nəzarət sistemi, tam müasir liftlər, 1 mərtəbəli avtomobildayanacağı, uşaq və böyüklər üçün oyun, idman meydançaları və geniş həyət ilə təmin edilib.