Azman Holding müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupudur

İnşaat

İnşaat sahəsində Azərbaycanın böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmış şirkətdir.

 

Otel & Turizm

“Sapphire Group” MMC - yə daxil olan otellər 2011-ci ildən etibarən həm yerli, həm də xarici qonaqların xidmətindədir. Cəmiyyətimiz otellər şəbəkəsi olaraq “Sapphire İNN”, Sapphire City”, “Sapphire Baku”, “Sapphire Bayıl” və “Sapphire Marine” kimi otellərdən ibarətdir.

Ətraflı məlumat üçün www.sapphire.az

Restoranlar

“City Service Company” MMC restoranlar şəbəkəsi olaraq 2010-cu ildən etibarən fəaliyyət göstərir, tərkibinə “Nar&Sharab”, “Senator Hall”, “Maxim Hall”,  “Mangal Steakhouse”, “Mangal Milli”, “Mangal Ocaqbaşı”, “Mangal Steak House Zagulba”, “Mangal Events Hall”, “Zuğulba Saray”, “Ball Room”, “Beer Hall”, “JazzClub by BeerHall”, “Ocakbaşı 62 Mangal” kimi restoran, kafe, banket zalları, əyləncə məkanları daxildir.

Ətraflı məlumat üçün www.cityservice.az

Aqrar sahə

"ECOPROD" Azərbaycanda kənd təsərrüfatı və xüsusi ilə pomidor yetişdirilməsi sahəsində ən gənc və ən perspektivli şirkətlərdən biridir. Hal hazərda "ECOPROD" aktivində 16 ha fəaliyyətdə olan istixana və əsas məqsədi istehsalat sahələrini 100 ha qədər artırmaqda olan, təsdiq olunmuş 2025ci ilə qədər inkişaf biznes planı mövcuddur. Hal hazırda şirkətin işçi heyəti 150 nəfərdən ibarətdir.

Ətraflı məlumat üçün www.ecoprod.az

İdman

"Judo Club 2012" adından da göründüyü kimi, 2012-ci ilin fevral ayında yaradılıb. Klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etmək, həmçinin veteran idmançıları bir araya toplamaqdır. 

Ətraflı məlumat üçün  www.judoclub2012.az