Azman Holding müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupudur.

Azərbaycanda böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmış şirkətdir. Layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlərin kompleks icrasını təmin edən infrastruktura malik olması şirkətin gördüyü işlərin operativliyinə və keyfiyyətinə möhkəm zəmin yaradır.

“Azman Holding” MMC fəaliyyət göstərdiyi müddətdə əsaslı tikinti və tikinti-abadlıq işləri ilə bağlı 600-dən çox layihə üzrə işləri uğurla başa çatdırmışdır ki, onların da arasında paytaxt Bakının simasına xüsusi gözəllik və yaraşıq verən bir sıra müasir tikililər, parklar və istirahət məkanları vardır.Bakı bulvarı, “İzmir”, “Dədə Qorqud”, “Liman”, “Zabitlər”, “Motsart” parkları, Dağüstü park, Azərbaycan Texniki Universitetinin, 6, 18, 23, 41 saylı orta məktəblərin, Bakı Fransızliseyinin, Musiqili Komediya Teatrının binaları, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğu və digər çoxsaylı obyektlər öz orijinal memarlıq xüsusiyyətləri və bənzərsizliyi ilə seçilirlər.

Şirkətin uğurlu fəaliyyətini təmin edən əsas amillər aşağıdakılardır:
- unikal layihələrin yüksək keyfiyyət göstəriciləri ilə, dünya standartları səviyyəsində nəzərdə tutulan müddətlərdə icra edilməsi;
- ən müasir inşaat texnikası və texnologiyalarından, ekoloji cəhətdən təmiz, insan həyatına və ətraf mühitə təhlükə yaratmayan materiallardan istifadə olunması;
- innovasiya və yeniliklərin tətbiqi;
- konstruktiv mürəkkəbliyi olan hər bir işin dəqiq və qüsursuz yerinə yetirilməsi;
- Qərb və Şərq memarlıq ənənələrinin ahəngdar sintezinin yaradılması;
- işlərin icrasında yerli mütəxəssislərəüstünlük verilməsi;
- qarşılıqlı etimada əsaslanan etibarlı tərəfdaşlıq və əməkdaşlıq.
İstər dövlət sifarişlərinə, istərsə də özəl sifarişlərə eyni məsuliyyətlə yanaşması “Azman Holding” MMC-nin inşaat sektorundakı işgüzar nüfuzunu müəyyənləşdirən ən mühüm xüsusiyyətdir.

Azman Holding digər biznes sahələrində uğurla fəaliyyət göstərir:

“Sapphire Group” MMC - yə daxil olan otellər 2011-ci ildən etibarən həm yerli, həm də xarici qonaqların xidmətindədir. Cəmiyyətimiz otellər şəbəkəsi olaraq “Sapphire İNN”, Sapphire City”, “Sapphire Baku”, “Sapphire Bayıl” və “Sapphire Marine” kimi otellərdən ibarətdir.
“City Service Company” MMC restoranlar şəbəkəsi olaraq 2010-cu ildən etibarən fəaliyyət göstərir, tərkibinə “Nar&Sharab”, “Senator Hall”, “Maxim Hall”,  “Mangal Steakhouse”, “Mangal Milli”, “Mangal Ocaqbaşı”, “Mangal Steak House Zagulba”, “Mangal Events Hall”, “Zuğulba Saray”, “Ball Room”, “Beer Hall”, “JazzClub by BeerHall”, "Ocakbaşı 62 Mangal" kimi restoran, kafe, banket zalları, əyləncə məkanları daxildir. Şəbəkəmizə daxil olan restoran və kafelər öz mükəmməl üslubu, rahat və zövqlü interyeri, yüksək səviyyəli xidməti və zəngin, dadlı mətbəxi ilə seçilir. 
"ECOPROD" Azərbaycanda kənd təsərrüfatı və xüsusi ilə pomidor yetişdirilməsi sahəsində ən gənc və ən perspektivli şirkətlərdən biridir. Hal hazərda "ECOPROD" aktivində 16 ha fəaliyyətdə olan istixana və əsas məqsədi istehsalat sahələrini 100 ha qədər artırmaqda olan, təsdiq olunmuş 2025ci ilə qədər inkişaf biznes planı mövcuddur. Hal hazırda şirkətin işçi heyəti 150 nəfərdən ibarətdir.

"Judo Club 2012" adından da göründüyü kimi, 2012-ci ilin fevral ayında yaradılıb. Klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etmək, həmçinin veteran idmançıları bir araya toplamaqdır.