“Sapphire Group” MMC - yə daxil olan otellər 2011-ci ildən etibarən həm yerli, həm də xarici qonaqların xidmətindədir. Cəmiyyətimiz otellər şəbəkəsi olaraq “Sapphire İNN”, Sapphire City”, “Sapphire Baku”, “Sapphire Bayıl” və “Sapphire Marine” kimi otellərdən ibarətdir. 

İstər işgüzar görüşlər, istərsə də sadəcə əyləncə və istirahət zamanı bizim otellər qonaqlarımızın xidmətindədir. Qonaqlarımız üçün əlverişli ünvanda yerləşən otellərimizdə səmərəli və rahat istirahət üçün hər cür şərait yaradılmışdır. Əgər səfərinizin məqsədi tədbirlər keçirməkdirsə, otellərimizdəki konfrans otaqları sizi biganə qoymayacaq. Həmçinin otellərimizdə dadlı təamlarla zəngin restoranlarımız, hovuz, istənilən sayda qonaq qəbul edilməsi və tədbirlər keçirilməsi üçün nəzərdə tutulmuş banket zallar mövcuddur. Bütün məkanlar ən müasir audiovizual texnologiya və birinci dərəcəli xidmətlərlə təchiz olunub.

 

Daha ətraflı məlumat üçün keçid edin www.sapphire.az