Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı təcavüzkar Ermənistanın işğalından azad etmək uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək həyata keçirdiyi “Dəmir yumruq” əks-həmlə əməliyyatı zəfərlə başa çatdı. Xalqımızın qəhrəman oğullarının misilisiz şücaətlər göstərdiyi bu əməliyyat müasir tariximizə “44 günlük Vətən müharibəsi” kimi yazıldı. Maddi-texniki, silah-sursat təchizatı ən yüksək səviyyədə olan Silahlı Qüvvələrimizin peşəkarlıqığı və hərbçilərimizin yenilməz döyüş ruhu bütün dünyanı heyran qoydu.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd rayonlarında, Şuşa şəhərində və işğaldan qurtarılan digər ərazilərdə düşmən elə ağır sarsıdıcı zərbə aldı ki, təslim olub, Ağdamı, Kəlbəcəri və Laçını döyüşsüz tərk etdi.

Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli birgə Bəyanatı 30 ilə yaxındır davam edən münaqişənin xalqımızın mənafeyinə uyğun həllini təmin etdi.

Azərbaycan 44 günlük Vətən müharibəsində 2904 nəfər igid övladını şəhid verdi. 10 nəfər hərbçimiz itkin düşmüş sayılır, onların axtarışı davam etdirilir.

“Azman Holdin”in tərkibindəki qurumların 24 əməkdaşı da vətən torpaqlarının azadlığı uğrunda döyüşənlərin arasında olub. Kimisi hərbi səfərbərliklə əlaqədar, kimisi də könüllü şəkildə ordu sıralarına qoşulub, torpaqlarımızın işğalıçılardan təmizlənməsi üçün hünərlə vuruşublar. Onlardan ikisi – Əli Nağıyev və Əbülhəsən Eyvazov şəhidlik zirvəsinə yüksəlib, digərləri müharibədən qazi kimi qayıdıb, dinc əməklə məşğuldurlar.

Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətən müharibəsinin veteranları, o cümlədən döyüşlərdə sağlamlığını itirmiş qazilərimiz xalqımızın dəyərli övladlarıdır. Dövlətimiz şəhid ailələri və müharibə iştirakçıları üçün güclü və təsirli sosial müdafiə tədbirləri həyata keçirir. “

"Azman Holding" MMC də möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı qətiyyətli siyasəti, gerçəkləşdidiyi müqəddəs missiyanı dəstəkləyərək, rəşadətli ordumuzun zəfər yürüşünə, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə öz töhfəsini verməyə çalışıb. Müharibə dövründə döyüş şəraitində olan hərbi hissələrə həm holdinq tərəfindən, həm də ayrılıqda onun təsisçiləri tərəfindən maddi-mənəvi köməkliklər göstərilib. Orduya, şəhid ailələrinə, müharibə iştirakçılarına dəstək tədbirlərində holdinq indi də fəal iştirak edir.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağın dirçəlişi üçün geniş miqyaslı tədbirlər görür. Vətən müharibəsində qazanılan zəfər otuz ilə yaxındır vətən həsrəti ilə yaşayan yüz minlərlə məcburi köçkünün öz doğma yurduna qayıtmasına şərait yaradıb. Tezliklə yenidən dircələcək Qarabağda həyat öz axarına düşəcək.

"Azman Holding" MMC işğaldan azad olunmuş ərzilərdə bərpa-quruculuq işlərinin aparılmasında iştirak etməyə, dövlətimizin başçısının bununla bağlı bütün tapşrıqlarını vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə daim hazırdır.

Öz torpaqlarının sahibi olan Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək, sərhədlərimizin toxunulmazlığı, xalqımızın təhlükəsizliyi təmin olunacaqdır!

Ermənsitanda revanşizm niyyətində olanlar bilsinlər ki, dəmir yumruq yerindədir və lazım gəldiyi anda öz gücünü göstərəcəkdir.

Qarabağ Azərbaycandır!

YENİ TARİX YAZIRIQ!

Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müsahibələri

Müzəffər Ordumuzun qalib əsgərləri

Xəbərlər

Azman Holding vətən müharibəsində

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəsi uğurla başa çatdı. 2020-ci ilin payızında – 44 gün ərzində xalqımızın qəhrəman övladları düşməni diz çökməyə, təslim olmağa məcbur etdilər. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli silahlı qüvvələrimiz dünyaya təkcə müasir döyüşün, yeni hərbi taktikanın deyil, həm də vətən sevgisinin, əsgər və zabit şərəfinin ən parlaq nümunəsini göstərdi.

Vətən müharibəsinin – “Dəmir yumruq” əməliyyatının iştirakçıları arasında “Azman Holdin”in tərkibindəki qurumların 24 əməkdaşı da olub. Kimisi hərbi səfərbərliklə əlaqədar, kimisi də könüllü şəkildə ordu sıralarına qoşulub, torpaqlarımızın işğaıçılardan təmizlənməsi üçün hünərlə vuruşublar. Onlardan ikisi şəhidlik zirvəsinə yüksəlib, digərləri qazi kimi qayıdıb.

Xalqımızın haqq işi uğrunda döyüşüb qəhrəmancasına şəhid olan əməkdaşların xatirəsinə ehtiram əlaməti kimi “Azman Holdin”in baş ofisininin girişində xüsusi guşə yaradılıb. Bu guşədə şəhidlərin şəkilləri, bəzi hərbi atributlar və əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucov haqqında “Azman Holdinq”in dəstəyi ilə nəşr olunmuş “Murov qartalı” kitabı qoylub. Ofisin əməkdaşları hər səhər işə gəlib guşənin qarşısından keçərkən şəhidlərin ruhunu rəhmətlə yad edirlər.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa və uzun ömür versin!