Azman Holding müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupudur.

Azərbaycan Respublikasında böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmış şirkətdir. Layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlərin kompleks icrasını təmin edən infrastruktura malik olması şirkətin gördüyü işlərin operativliyinə və keyfiyyətinə möhkəm zəmin yaradır.

“Azman Holding” MMC fəaliyyət göstərdiyi müddətdə əsaslı tikinti və tikinti-abadlıq işləri ilə bağlı 600-dən çox layihə üzrə işləri uğurla başa çatdırmışdır ki, onların da arasında paytaxt Bakının simasına xüsusi gözəllik və yaraşıq verən bir sıra müasir tikililər, parklar və istirahət məkanları vardır.Bakı bulvarı, “İzmir”, “Dədə Qorqud”, “Liman”, “Zabitlər”, “Motsart” parkları, Dağüstü park, Azərbaycan Texniki Universitetinin, 6, 18, 23, 41 saylı orta məktəblərin, Bakı Fransızliseyinin, Musiqili Komediya Teatrının binaları, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğu və digər çoxsaylı obyektlər öz orijinal memarlıq xüsusiyyətləri və bənzərsizliyi ilə seçilirlər.

Şirkətin uğurlu fəaliyyətini təmin edən əsas amillər aşağıdakılardır:

- unikal layihələrin yüksək keyfiyyət göstəriciləri ilə, dünya standartları səviyyəsində nəzərdə tutulan müddətlərdə icra edilməsi;

- ən müasir inşaat texnikası və texnologiyalarından, ekoloji cəhətdən təmiz, insan həyatına və ətraf mühitə təhlükə yaratmayan materiallardan istifadə olunması;

- innovasiya və yeniliklərin tətbiqi;

- konstruktiv mürəkkəbliyi olan hər bir işin dəqiq və qüsursuz yerinə yetirilməsi;

- Qərb və Şərq memarlıq ənənələrinin ahəngdar sintezinin yaradılması;

- işlərin icrasında yerli mütəxəssislərəüstünlük verilməsi;

 

 

- qarşılıqlı etimada əsaslanan etibarlı tərəfdaşlıq və əməkdaşlıq.

İstər dövlət sifarişlərinə, istərsə də özəl sifarişlərə eyni məsuliyyətlə yanaşması “Azman Holding” MMC-nin inşaat sektorundakı işgüzar nüfuzunu müəyyənləşdirən ən mühüm xüsusiyyətdir.

“Azman Holding” MMC-nin əməkdaşlıq etdiyi yerli və xarici şirkət və qurumlar arasında Bakı Dövlət Layihə İnstitutu, “Azərdövlətlayihə”, Dövlət Baş Layihə İnstitutu, FHN-nin S.Ə.Dadaşov adına ETLKİM İnstitutu, “Ares Lighting systems”, “Sylvania”, “Dae Lighting”, “Goccia”, “GoodDirections”, “Paber”, “Fumagalli”, “Osram”, “Gewiss”, “Avolux lighting”, “Landa”, “Fisher”, “LEA ceramiche”, “Escofet”, “Sahne-lighting”, “Doapark”, “Milastones arts” və başqaları vardır

“Azman Holding” MMC 2008-ci ildə “Uğur” Milli Mükafatının nominantı olmuşdur.