Zuğulba Kompleksi Xəzər rayonu, Güloğlan Məmmədov 17 ünvanında inşa edilmiş və 2018-ci ildə təhvil verilmişdir.
Böyük və geniş ərazisi, möhtəşəm interyeri və zövqlü ab-havası ilə seçilən bu məkan, həm şad günlər, həm də unudulmaz istirahət üçün ideal seçimdir.
Zuğulba Saray – toy, nişan, ad günü və korporativ tədbirlər üçün müxtəlif tutumlu banket zalları və kabinetləri ilə ən əlamətdar anları unudulmaz edir.
Mangal Steak House Zuğulba – 200 nəfərlik restoran, milli mətbəxin ləzzətləri və şirəli steykləri ilə ailə və dost məclisləri üçün mükəmməl məkandır. Özəl mühit axtaranlar üçün 16 Milli kabinet də mövcuddur.
Zuğulba Garden – açıq hava terrasımızda 150 nəfərə qədər qonaq qəbul edərək təbiətin qoynunda xüsusi tədbirlərə ev sahibliyi edir.