Ənənəvi olaraq bu il də Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə təmsil etdi.
Rəhbər Namik Məmmədov başda olmaqla komandamız tədbir qonaqlarına Azərbaycanın zəngin milli mətbəxini, xüsusi təamlarını, müxtəlif çay çeşidlərini, eləcə də milli şirniyyatlarımız olan şəkərbura və paxlavanı təqdim etdi.
Xüsusilə kral ailəsinə təqdim olunan Azərbaycan çayı, milli təamlar və ənənəvi şirniyyatlarımız qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Tədbirin fəxri qonaqları sırasında olan Prince Edward və Sophie Azərbaycan qonaqpərvərliyi ilə yaxından tanış oldular.
Eyni zamanda, “Mangal Steak House Zugulba”nın rəhbəri Namik Məmmədov zəngin Qarabağ mətbəxinə həsr olunmuş və ingilis dilinə tərcümə edilmiş xüsusi kitabı Prince Edward cənablarına təqdim etdi.
Azərbaycanın milli sərvəti sayılan, Abşeron yarımadasında yetişən təbii zəfəranın və Lankaran Tea şirkətinin rəhbəri Araz Yaqubov tərəfindən təqdim olunan Azərbaycan çayı qonaqlar tərəfindən xüsusi diqqət və maraqla qarşılandı.
Ənənəvi olaraq bu il də Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə t...
Daha çox“Azman Holding” şirkətinin əməkdaşı — marketinq şöbəsinin qrafik dizayneri Ramil Məmmədli — hər...
Daha çox