"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu 

Aprelin 12-də "Sea Breeze" ərazisində Baku Pulse qaçış icmasının təşkilatçılığı ilə "Sea Breeze Run #2" qaçış yarışı keçirilib.
Tədbirdə həvəskar və peşəkar qaçışçılar da daxil olmaqla ümumilikdə 267 nəfər iştirak edib. Yarış iştirakçıları arasında Azərbaycanla yanaşı, Rusiya, Pakistan, İran, Ukrayna, Portuqaliya, Gürcüstan, Türkiyə, Çexiya, Özbəkistan, Qazaxıstan, Braziliya, ABŞ və digər ölkələrin nümayəndələri yer alıblar.
Qaçış marşrutu “Event Hall”dan “Miami Beach” istiqamətinə uzanaraq sahilboyu mənzərəsi və müasir infrastrukturu ilə seçilib. Yarışlar 10 km məsafə, eləcə də 40+, 50+ və 60+ yaş kateqoriyaları üzrə təşkil olunub, qaliblər mükafatlandırılıb.
Tədbirin diqqətçəkən məqamlarından biri iştirakçıların şəxsi inkişafını və irəliləyişini simvolizə edən “pəncərə” formatlı unikal medal olub.
Yarışda Azərbaycanın böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”in əməkdaşı Oksana Nakoneçna da iştirak edib. Şirkətimizin əməkdaşı yarışda 11-ci yeri tutub və xüsusi medalla mükafatlandırılıb. 
Qeyd edək ki, "Sea Breeze Run #2" yarışı may ayında keçirilməsi planlaşdırılan 42 km marafona hazırlıq mərhələsinin əsas hissələrindən biri olub.

Xəbəri paylaş

Digər xəbərlər

30-08-2026

"Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və...

Daha çox
22-06-2026

“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub.

*“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub* “Azman Holdi...

Daha çox