Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Bakı İdman Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyəti xatırladaraq Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən bütün idmançılara uğurlar arzulayıb.

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çempionatda ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin sevindirici hal olduğunu söyləyib. O, bu yarışın idmançıların karyerasında potensial dönüş nöqtəsi ola biləcəyini qeyd edib. Federasiya rəsmisi cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullu qeyd edib ki, bu qayğı nəticəsində cüdoçularımız bu il beynəlxalq turnirlərdə 76 qızıl, 61 gümüş və 116 bürünc olmaqla ümumilikdə 253 medal qazanıblar. O, yarışın təşkilində və ümumilikdə cüdonun inkişafında göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Federasiyanın baş sponsuru "Azercell Telecom"a, həmçinin yarışın sponsoru "Azman Holding"ə təşəkkürünü bildirib. Bu mükafat "Azman Holding"in təmsilçisi Niyaz Orucova təqdim edilib.

Ardınca Azərbaycan cüdoçularının cari ildə böyüklər, gənclər və yeniyetmələr yaş kateqoriyalarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, builki Azərbaycan çempionatı da yüksək yarış standartlarında təşkil olunub. Ölkə çempionatında ümumilikdə 206 idmançı mübarizəyə qoşulub.

Xəbəri paylaş

Digər xəbərlər

30-08-2026

"Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və...

Daha çox
22-06-2026

“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub.

*“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub* “Azman Holdi...

Daha çox