“Küldə şərqi deyənlər” sənədli filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun bu ilin yanvar ayında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğınlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, film Real Televiziyasının reportajları (müəllif Kamran Qasımov), Fox Televiziyasının materialları, eləcə də Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb.

28 dəqiqəlik ekran işində Kamran Qasımov Los-Anceles əyalətində baş vermiş dəhşətli meşə yanğınları və onun fəsadlarını çəkib.

Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan nümayişdən öncə rejissor Kamran Qasımov bu ilin yanvar ayında şahidi olduğu yanğınlardan danışıb, nümayişə gələnlərə minnətdarlığını bildirib.

Filmdə yanğından əziyyət çəkən insanlar, yanğınsöndürənlər, eləcə də Los-Anceles merinin müsahibələri yer alıb.

Nümayişdən sonra millət vəkilləri, kinematoqrafçılar, ictimaiyyət nümayəndələri çıxış edərək, filmlə bağlı təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, Kamran Qasımov Los-Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub. Film Azər Əsgərovun dəstəyi ilə ərsəyə gəlib.

 

https://525.az/news/313975-kulde-serqi-deyenler-senedli-filminin-teqdimat-merasimi-kecirilib

https://medeniyyet.info.az/page/news/80315/Kulde-serqi-deyenler-%E2%80%93-LosAnceles-yanginlari-haqqinda-filmin-teqdimati.html

https://youtu.be/INZ8qiJKanA?si=p1tmBJ2iKe8nmmrb

https://www.facebook.com/share/p/1BgLytLBQg/?mibextid=wwXIfr

 

Xəbəri paylaş

Digər xəbərlər

12-04-2026

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu  Aprelin 12-də "Sea Bree...

Daha çox
09-12-2025

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib.

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirili...

Daha çox