Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib

Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib


Oktyabrın 4-5-də Şamaxının Meysəri kəndində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalının möhtəşəm açılış mərasimi baş tutub.

Festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora” restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun (Don David) dəstəyi ilə təşkil olunub.

Tədbirdə 30-dan çox ölkədən məşhur şeflər, kulinariya assosiasiyalarının rəhbərləri, “Michelin” mükafatına layiq görülmüş ustalar və beynəlxalq kulinariya hakimləri iştirak ediblər.

Açılış mərasimində beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının (WBQA) prezidenti Villem Vink, eləcə də Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler (Thomas Gugler) çıxış edərək tədbirin məqsədlərindən danışıblar.

Çıxışçılar bildiriblər ki, bu beynəlxalq tədbir kulinariya sahəsində mədəni mübadiləni gücləndirmək, Azərbaycanın qonaqpərvərliyini və zəngin mətbəxini dünyaya tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Festival çərçivəsində müxtəlif ölkələrin mətbəxlərinə həsr olunmuş pavilyonlar qonaqların ixtiyarına verilib. Ziyarətçilər dünya mətbəxinin nadir nümunələrini dadmaq və fərqli mədəniyyətləri yaxından tanımaq imkanı qazanıblar.

Bu ilki festivalda “Mangal Steak House” restoranı da fəal şəkildə iştirak edib. Restoranın stendi yerli və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. “Mangal Steak House” komandası ziyarətçilərə "Steak" mətbəxinin incəliklərini təqdim edib, canlı bişirmə (live cooking) nümayişləri ilə diqqət mərkəzində olub. Xüsusilə keyfiyyətli ət seçimləri, orijinal bişirmə texnikaları və unikal təqdimat tərzi ilə restoran festivalın ən çox ziyarət olunan stendlərindən biri olub.

Tədbir iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da olub. O, “Mangal Steak House” stendinə yaxınlaşaraq komanda ilə tanış olub, təqdim olunan təamlarla maraqlanıb və festivalda fəal iştirakı üçün restoran kollektivinə təşəkkürünü bildirib.

Festival çərçivəsində uşaqlar üçün ustad dərsləri, əyləncəli kulinariya fəaliyyətləri və komandalar arasında yarışlar da təşkil olunub. Şef-aşpazlar azyaşlılarla birgə burgerlər hazırlayaraq kulinariyanın əyləncəli tərəfini nümayiş etdiriblər.

Beləliklə, Beynəlxalq Barbekü Festivalı Azərbaycanın kulinariya potensialını bir daha nümayiş etdirdi və ölkəmizi regionda qastronomiya turizminin yeni mərkəzlərindən birinə çevirmək istiqamətində mühüm addım oldu. “Mangal Steak House” isə bu uğurlu tədbirdə Azərbaycan mətbəxinin ləzzət elçisi kimi xüsusi fərqləndi.

Xəbəri paylaş

Digər xəbərlər

06-10-2025

Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib

Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib Oktyabr...

Daha çox
27-09-2025

“Azman” Holdinq “Forty Four Days” layihəsini dəstəkləyir

“Sirius studio”da birlikdə çalışan istedadlı azərbaycanlı gənclərin yaratdığı “Forty Four Days&rdquo...

Daha çox