“Azman” Holdinq “Forty Four Days” layihəsini dəstəkləyir

“Sirius studio”da birlikdə çalışan istedadlı azərbaycanlı gənclərin yaratdığı “Forty Four Days” kompüter oyununun tezliklə beynəlxalq oyun platformalarında populyarlaşacağı gözlənilir. “Azman” holdinqin dəstəyi ilə keçirilən təqdimat mərasimində bu barədə ətraflı danışılıb.

“Forty Four Days” Azərbaycanın işğalçı qüvvələrə qarşı apardığı Vətən müharibəsinin həqiqətlərini özündə əks etdirir. Layihənin məqsədi ölkəmizin gənclərinə və dünyaya bu müharibədə baş verən hadisələri oyun formatında, sistematik şəkildə çatdırmaqdır.  Oyunda real müharibə səhnələrinə yer verilməklə yanaşı, 100-ə yaxın qazinin səsindən də istifadə olunacaq. Oyunda ingilis dilində və digər dillərdə alt yazıdan istifadə edilməsi nəzərdə tutulub.

Hazırda əsas heyəti Türkiyədə fəaliyyət göstərən studiyanın Azərbaycanda işə başlaması qərara alınıb. Layihə rəhbəri Elməddin Məmmədovun bildirdiyinə görə, yaradıcı heyətə yerli universitetlərin tələbələri cəlb ediləcəklər. Onlar üçün xüsusi təlim kursları təşkil olunacaq, tələbələr həm təcrübə qazanmaq, həm də studiyada çalışmaq imkanı əldə edəcəklər.

 Vətən müharibəsində şanlı ordumuzun rəşadətini qlobal dünyaya çatdıracaq oyun qrafik dizaynı ilə də diqqətçəkicidir. Layihə xalqımızın qəhrəmanlıq ruhunu, mübarizə əzmini və birliyini özündə ehtiva edir. Ümumilikdə 72 saat davam edəcək oyunun demo versiyasının 2 saat olması nəzərdə tutulur.  8 Noyabr - Zəfər Günündə məhz 2 saatlıq versiya nümayiş olunacaq. Oyun 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

Tərəfdaş şirkətin nümayəndəsi Nicat Rüstəmov isə bildirib ki, xüsusi ssenari əsasında həyata keçirilən layihədə məqsəd həm də Azərbaycanda oyun yaradıcılığının imkanlarını dünyaya çatdırmaqdır.   O deyib: “Bununla gənclərimizi dünya oyun sənayesinin inkişafına, yeni oyunlar yaratmağa təşviq etmək istəyirik”.

Xəbəri paylaş

Digər xəbərlər

27-09-2026

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanın müasir hərb tarixinə möhtəşəm Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsini...

Daha çox
30-08-2026

"Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və...

Daha çox