Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub.

Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub. TƏV başqanı Serhat Kabaklı, “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşarın daxil olduğu nümayəndə heyətinin Bakı səfəri çərçivəsində Vəqfin 2020-ci il ödülləri və "fəxri üzvlük" baratı təqdim edilib. Təqdimat “Covid-19” pandemiyası ilə bağlı məhdud tərkibdə keçirilib. Ödülü Xalq şairinə TƏV başqanı Serhat Kabaklı təqdim edib.TƏV təltifləri haqqında məlumat verən İmdat Avşar qeyd edib ki, Vəqfin İdarə heyətinin bu il oktyabrın 10-da keçirilmiş toplantısında, 2020 ilində veriləcək ödüllər və ödül veriləcək isimlərlə bağlı qərar qəbul edilib. Bəlli olduğu kimi Vəqfin 2018-ci ilindən bu yana Türk dünyası nəzdində “Yaşayan Dədə Qorqud” ödülü verilməktədir. İdarə heyətinin bu il bir də “Türk dünyasına Üstün Xidmət Ödülü” təsis edilib. Qardaş Türkiyənin nüfuzlu qeyri-hökümət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın dəvəti ilə Bakıya səfər çərçivəsində “Hünər Qrup” Holdinqin rəhbəri Ehtiram Quliyev, “Azərsun Holdinq” İdarə Heyətinin üzvü Tahir Gözəl və “Azman Holdinq " MMC-nin rəhbəri İlham Əhmədov təmsilçiləri ilə görüşüb. Hər üç işadımına ədəbiyyata, mədəniyyətə, o cümlədən mədəni irsin qorunması və beynəlxalq mədəni əlaqələrin təşviqinə verdiyi töhfələrə görə TƏV-in “Təşəkkür Bəlgəsi” təqdim edilib.

İşadamları ilə görüşlərdə iş dünyası ilə ədəbiyyatçıların, mədəniyyət xadimlərinin əməkdaşlığının insanların maariflənməsinə, mənəvi zənginliyinə xidmət etdiyi vurğulanıb. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, iş dünyası ilə ədəbiyyat, mədəniyyətyönümlü qurumların əməkdaşlığının Şuşada, eləcə də, işğaldan azad edilmiş digər şəhər və rayonlarımızdakı mədəniyyət abidələrinin bərpası, oralarda yeni kitabxanaların qurulması kimi praktik addımlarla ifadə olunmasını məqsədəuyğun saydığını bildirib. Q.Paşayeva ortaq layihələrin icrası ilə bağlı təkliflərlə çıxış edib.

Qeyd edək ki, TƏV başqanı Serhat Kabaklının rəhbərlik etdiyi nümayəndə heyətinə “Türk Ədəbiyyatı” dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşar daxildi.

Xəbəri paylaş

Digər xəbərlər

28-09-2024

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...

Daha çox
27-09-2024

AZMAN HOLDİNQ-in bütün strukturlarında şəhidlərin əziz xatirəsi anılıb.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...

Daha çox