Yaddaqalan axşam yeməyi.

Məlum olduğu kimi, Bakıda “Böyük Dəbilqə” cüdo turniri uğurla başa çatdı. Mükəmməl təşkil olunmuş yarışlarda 36 ölkədən olan idmançılar iştirak edərək kişilər və qadınlar arasında yeddi çəki dərəcəsində mübarizə apardılar. Ümumilikdə 260 cüdoçu medallar uğrunda yarışdı.

Turnir Yaponiya yığmasının üstünlüyü ilə keçdi – onlar yalnız qızıl medallardan 10-nu qazandılar. Azərbaycan yığması isə bir qızıl, bir gümüş və üç bürünc olmaqla ümumilikdə beş medal əldə etdi.

Turnirin son günündə “Narşərab” restoranında yarışın qonaqları və yerli mütəxəssislərin iştirakı ilə qala-gecə təşkil olundu. Tədbir isti və səmimi atmosferdə keçdi. Paytaxtın qonaqları Azərbaycan incəsənət ustalarının təqdim etdiyi musiqili proqramdan və zəngin süfrədən böyük məmnunluq duydu. Rəqqaslar möhtəşəm milli geyimləri ilə, nagara ifaçıları və müğənnilər isə öz ecazkar çıxışları ilə qonaqları valeh etdilər. Hər bir iştirakçının yaddaşında bu gecə ən gözəl xatirələr kimi qalacaq. Bir çoxları coşqulu rəqslərə qoşularaq turnirin finalını parlaq və yaddaqalan etdi.

Xəbəri paylaş

Digər xəbərlər

30-08-2026

"Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və...

Daha çox
22-06-2026

“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub.

*“Azman Holding” əməkdaşları üçün Şamaxıya unudulmaz gəzinti təşkil olunub* “Azman Holdi...

Daha çox