BAŞSAĞLIĞI

Dərin hüzn içərisindəyik. "Judo Club 2012" idman klubunun direktoru Çingiz Məmmədrəsul oğlu Şəfiyevin vəfatı bizi hədsiz dərəcədə kədərləndirib.
Çingiz müəllim şərəfli zabit peşəsini seçərək, ömrünün böyük bir hissəsini hərbi işə həsr etmiş, ordumuzun möhkəmləndirilməsində, vətənimizin müdafiəsinin təşkilində fəal iştirak etmiş,  müəyyən müddətdə Silahlı Qüvvələrimizin iri hərbi birləşmələrindən birinin komandanı olmuşdu.
Biz onunla əməkdaşlığımıza böyük dəyər veriridk. Yüksək biliyi, rəhbərlik təcrübəsi sayəsində öhdəsinə düşən vəzifələri layiqincə icra edir, etimadımızı doğruldurdu. Daim işə məsuliyyətli münasibəti, işgüzarlığı, alicənablığı ilə seçilir, gənc həmkarlarımıza nümunə olurdu.
Çingiz müəllimi vaxtsız itirdik. Bu ağır gündə onun ailəsinin, əzizlərinin yanında olmağı özümüzə borc bilirik. Onlara səbir və dözüm diləyirik.
Allah mərhum dostumuza rəhmət eləsin. 

 

Azər Əsgərov
"Judo Club 2012" idman klubunun təsisçisi, Azərbaycan Cudo Veteranları Assosiasiyasınınprezidenti.

Xəbəri paylaş

Digər xəbərlər

18-05-2026

Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə təmsil etdi.

Ənənəvi olaraq bu il də Royal Windsor Horse Show tədbirində Mangal Zugulba və Zugulba Saray komandası Azərbaycanı layiqincə t...

Daha çox
22-04-2026

“Azman Holding” şirkətinin əməkdaşı Ramil Məmmədli beynəlxalq Arnica Art Land Çalıştay simpoziumunda iştirak etmişdir

“Azman Holding” şirkətinin əməkdaşı — marketinq şöbəsinin qrafik dizayneri Ramil Məmmədli — hər...

Daha çox