YOLDAŞIMIZIN XATİRƏSİNƏ

AZMAN HOLDİNG kollektivinə ağır itki üz verib. Holdinqin tərkibindəki "Judo Club 2012" idman klubunun direktoru Çingiz Məmmədrəsul oğlu Şəfiyev noyabrın 23-də 56 yaşında vəfat edib.
Ç.Şəfiyev Azərbaycan Ordusunun yüksək rütbəli kadr zabitlərindən olmuşdu. O, Bakı şəhərində orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasında, Uzaq Şərq Ali Hərbi Komandirlər Məktəbində təhsil almış, 1990-1992-ci illərdə keçmiş sovet ordusunda xidmət etmişdi. 1992-ci ildən müstəqil Azərbaycanın silahlı qüvvələrində gənc zabit kimi xidmətini davam etdirmiş, Türkiyə Respublikasının Quru Qoşunları Hərb Akademiyasında təhsilini daha da təkmilləşdirmiş, 2014-cü ilə kimi Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində komandir vəzifələri tutmuş, general rütbəsindək yüksəlmişdi.
Ç.Şəfiyev 2006-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə təltif olunmuşdu.
Ordudan tərxis olunduqdan bir müddət sonra, 2017-ci ildən AZMAN HOLDİNG-də çalışırdı. Bu il  isə “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin edilmişdi.
Yüksək mənəvi-əxlaqi keyfiyyətləri, işgüzarlığı, öz vəzifələrinin icrasına məsuliyyətli münasibəti ona kollektivin hörmət və ehtiramını qazandırmışdı.
Çingiz Məmmədrəsul oğlu Şəfiyevin əziz xatirəsi onu yaxından tanıyanların yaddaşında daim yaşayacaqdır.
Mərhuma Allahdan rəhmət, ailəsinə səbir və dözüm diləyir, dərin hüznlə başağlığı veririk.

AZMAN HOLDİNG-in kollektivi.

Xəbəri paylaş

Digər xəbərlər

06-10-2025

Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib

Şamaxıda keçirilən Beynəlxalq Barbekü Festivalında “Mangal Steak House” uğurla iştirak edib Oktyabr...

Daha çox
27-09-2025

“Azman” Holdinq “Forty Four Days” layihəsini dəstəkləyir

“Sirius studio”da birlikdə çalışan istedadlı azərbaycanlı gənclərin yaratdığı “Forty Four Days&rdquo...

Daha çox