Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində apardığı və düşmən üzərində möhtəşəm Zəfərlə başa çatdırdığı Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifəsidir.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin qorunması və tam bərpası uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq dörd ildir ki, ölkəmizdə 27 Sentyabr – Anım Günü kimi qeyd edilir.
AZMAN HOLDİNQ-in tərkibinə daxil olan bütün strukturlarda da Anım Günü tədbirləri keçirilib. Hər bir obyekt Azərbaycanın Dövlət Bayrağı ilə bəzədilib, şəhidlərin xatirəsi yad edilib.
Baş ofisdə vaxtilə holdinqin müxtəlif strukturlarında çalışmış və Vətən müharibəsində şəhid olmuş Əbülhəsən Eyvazovun və Əli Nağıyevin xatirə guşəsinə təzə-tər çiçəklər düzülüb, onların ruhuna fatihə oxunub.
Saat 12.00-da holdinqin bütün strukturlarında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox