"Azman Holdinq" şirkəti klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib
Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, məşhur idmançılar və şəhər sakinləri iştirak edib.
1984-cü ilədək istehsal olunan avtomobillərin yürüşündə ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.
Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər.
Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şosesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.
Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb. “Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.
Nominasiyalarla yanaşı, qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.
Qeyd edək ki, "Azman Holdinq" şirkəti hər il olduğu kimi, bu il də klassik avtomobillərin yürüşü və sərgisində fəal iştirak edib. Belə ki, tədbirdə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus "Azman Motors" şirkətinin 12 avtomobili yürüşdə və sərgidə yer alıb. Tanınmış idmançıların və cüdo ailəsinin də iştirak etdiyi tədbirdə həmçinin cüdo üzrə dünya, Avropa və Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov "Azman Motors"a məxsus retro avtomobillə yürüşdə iştirak edib.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox