Qış ömrünü yaza bağışlayır: yurdumuza bahar fəsli və onunla birgə xalqımızın xüsusi sevinc və hərarətlə qeyd etdiyi, yeni ilin başlanmasının rəmzi olan Novruz bayramı gəlir.
Bu il Novruzun müqəddəs Ramazan ayına təsadüf etməsi xüsysilə əlamətdardır: bu ay Allaha ibadət, itaət və dua ayıdır. Ramazan həm də ilahi mərhəmət ayı olduğundan Novruz bayramının keçirilməsinə də heç bir məhdudiyyət qoyulmur. Oruc tutmayanlar qınanılmır, belə ki, oruc tutmaq səhhəti imkan verən hər bir müsəlmanın borcudur.
Novruz bayramını hər evdə qohumlar, dostlar yığışaraq birlikdə qeyd edirlər. Bayrama hazırlıq onun gəlməsindən çox əvvəl başlayır. Qadınlar müxtəlif yeməklər və Şərq şirniyyatları hazırlayırlar. Ənənəvi olaraq, hədiyyələrin və müxtəlif nemətlərin satış yarmarkaları keçirilir, el şənlikləri təşkil olunur…
Novruzun əsas adətlərindən biri bayram süfrəsində adları “s” hərfi ilə başlayan yeddi nemətin olmasıdır ki, bunların da hər biri insan üçün vacib sayılan şeyləri: həyatı, sağlamlığı, gücü, müdrikliyi, uzunömürlülüyü, firavanlığı, sevinci rəmzləşdirir. Bu adətin mənası çox dərindir, sanki gələcək firavanlığın və rifahın təməli qoyulur.
Bayrama hazırlıq isə cərşənbələrlə başlayır: onlardan üçü – su, od, yel çərşənbələri artıq geridə qalıb, qarşıdan növbəti – torpaq çərşənbəsi gəlir. Bayram şənlikləri, rəqslər, mahnılar və milli oyunlar şəhər və kəndlərimizə sevinc və əyləncə mühiti yaradır. Novruz insanların gündəlik qayğıları unutduğu, sevdikləri ilə ünsiyyətdən həzz aldıqları bir vaxtdır.
Beləliklə, Azərbaycanda Novruz sadəcə bayram deyil, insanların görüşməsi, sevinclərini bölüşməsi, bir-birinə xoşbəxtlik, sağlamlıq və firavanlıq arzulaması üçün fürsətdir.
Bayramınız mübarək!
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox