Dekabrın 4-də saat 12:00-da Azərbaycanın hər yerində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Azman Holding”in əməkdaşları da şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində “Azman Holding”in 3 əməkdaşı şəhidlik zirvəsinə ucalıb.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.
Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.
Azərbaycanın müasir hərb tarixinə möhtəşəm Zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsini...
Daha çoxAvqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və...
Daha çox