Xalqımız Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini daim uca tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə, onların xatirəsinə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-də ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Torpaqlarımızın azadlığı uğrunda hünərlə döyüşən rəşadətli ordumuza daim dəstək olan “Azman Holding” MMC-də də Anım Günü münasibətilə tədbir keçirilib. Təbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Holdinqin və onun strukturuna daxil olan şirkətlərin rəhbər heyətinin iştirakı ilə “Manqal Steak House”da təşkil olunmuş tədbirdə tanınmış tarixçi və politoloq Rizvan Hüseynov 44 günlük Vətən müharibəsi dövründə, habelə bir neçə gün əvvəl keçirilən antiterror əməliyyatında qazanılan uğurlardan danışıb, regionda yaranmış geosiyasi prosesləri təhlil edib.
Tədbir iştirakçılarının suallarına cavab verən politoloq ölkəmizin ərazi bütövlüyünün bərpası sahəsində görülən işlərin mahiyyətini izah edib, post-müharibə dövrünün reallıqlarından və siyasi-diplomatik müzakirələrin gedişatından danışıb.
Tədbirdə Vətən müharibəsinin qəhrəmanlarından olan polkovnik-leytenant Şəmsəddin Hüseynov üç il əvvəl ordumuzun göstərdiyi igidliklər haqqında söhbət açıb. Müharibə günlərində daim ön cəbhədə olan hərbiçi konkret döyüş epizodlarını yada salıb, Vətən müharibəsinin real mənzərəsini sözlə ifadə etməyə çalışıb.
Polkovnik-leytenant sonda 44 günlük müharibə dövründə “Azman Holding” MMC-nin cəbhəyə göndərdiyi yardımları yada salaraq, 2020-ci ilin noyabrında – Zəfər günlərində, Şuşa yaxınlığında “Azman Holding”in əsgərlərimiz tərəfindən hazırlanmış simvolik bilbordunun qarşısında çəkdirdiyi fotonu holdinqin rəhbərliyinə bu sözlərlə təqdim edib: “O günlər bizim əsgərlər heç nədən korluq çəkmirdilər, ona görə ki, onların arxasında dövlət, Müdafiə Nazirliyi ilə yanaşı "Azman Holding” də var idi”.
Görüş çox maraqlı söhbətlərlə, diskusiyalarla davam etdirilib. Sonda Holdinqin rəhbərliyi və kollektivi adından Rizvan Hüseynova və Şəmsəddin Hüseynova təşəkkür bildirilib.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox