Rəssam Tərlan Eyvazovun fərdi sərgisi təşkil edilib

İyunun 23-də Bakıda, “SAPPHIRE BAYIL HOTEL”də Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun fərdi sərgisinin açılış mərasimi keçirilib, həmçinin rəssamın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən albom-kataloqun təqdimatı olub. Qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələri Gününə həsr edilmiş sərginin təşkilinə və albom-kataloqun nəşrinə ölkəmizin tanınmış sahibkarlıq subyektlərindən olan “AZMAN HOLDİNG”in təsisçiləri - iş adamları Rəşad Məmmədov və Azər Əsgərov dəstək veriblər.

525.az xəbər verir ki, tədbirdə deputatlar, müharibə veteranları, yaradıcılıq təşkilatlarının nümayəndələri, ictimai fəallar, jurnalistlər, rəssamın həmkarları iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub.

“AZMAN HOLDİNG”in media ilə əlaqələr üzrə meneceri, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov sərgi-təqdimatı qəhrəman Azərbaycan Ordusuna, rəşadətli əsgər, gizir və zabitlərimizə tükənməz sevgi və ehtiramın ifadəsi kimi səciyyələndirib, təmsil etdiyi qurumun və onun təsisçilərinin milli-mənəvi dəyərlərimizin, o cümlədən hərb tariximizin təbliğinə daim dəstək göstərdiklərini diqqətə çatdırıb. Həm rəssam, həm də fəal ictimaiyyətçi kimi cəmiyyətdə böyük rəğbət qazanmış veteran-zabit və rəssam  Tərlan Eyvazovun yaradıcılığında onun şəxsən iştirakçısı olduğu müharibələrin ağrı-acılarının, həmçinin hərbi qələbələrimizə mühüm töhfələr vermiş hərbçilərin obrazının əsas yer tutduğu bildirilib.  İstedadlı rəssamın portret janrı ilə yanaşı,  mənzərə, natrümort, tarixi-mifoloji və s. janrlarda da baxımlı yaradıcılıq işlərinin olduğu, bunların bir qisminin sərgidə nümayiş etdirildiyi, albom-kataloqda verildiyi vurğulanıb.

Tədbirdə çıxış edənlər – Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Cəbrayılov, Fariz Qəhrəmanov,  veteran hərbçilər - polkovniklər Şair Ramaldanov, İlham İsmayıl, Xalq şairi Ramiz Rövşən, Əməkdar rəssam Rais Rasizadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu, ADPU-nun kafedra müdiri, dosent Yeganə Cəlilova və başqaları Tərlan Eyvazovun vətəndaş, hərbçi, insənət adamı, pedaqoq, ictimai xadim və dost kimi  özünəməxsus xüsusiyyətlərindən danışıb, müxtəlif üslubda və janrlarda yaratdığı rəngkarlıq nümunələrinin bədii-estetik səviyyəsini dəyərləndirib, ona çoxşaxəli fəaliyyətində yeni uğurlar, nailiyyətlər arzulayıblar.

Tərlan Eyvazov sərginin təşkilinə və albom-kataloqun nəşrinə dəstək verənlərə, həmçinin tədbirin iştirakçılarına və yaradıcılığı haqqında xoş sözlər söyləyənlərə təşəkkür edib.

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar; onların hər birinə rəssamın avtoqrafı olan albom-kataloq hədiyyə edilib.

Xatırladaq ki,  AZMAN HOLDİNG” çoxsaylı mədəni-kütləvi layihələrə dəstək verməklə yanaşı, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına, hərbçilərə və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə yardım göstərib.

 

https://525.az/news/227928-ressam-terlan-eyvazovun-ferdi-sergisi-teskil-edilib

https://vetensesi.az/page/7/news/12839

https://koordinat.az/41133/muharibe-veterani-ressam-terlan-eyvazovun-ferdi-sergisi-kecirilib-fotolar

https://manevr.az/medeniyyet/120939-muharib-veteran-rssam-trlan-eyvazovun-frdi-srgisi-kecirilib-kllr.html

https://az.azvision.az/news/331142

 

Xəbəri paylaş

Digər xəbərlər

28-09-2024

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...

Daha çox
27-09-2024

AZMAN HOLDİNQ-in bütün strukturlarında şəhidlərin əziz xatirəsi anılıb.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...

Daha çox