“Mangal Steak House” restoranının komandası milli mətbəximizi layiqincə təmsil edib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar son günlərdə Avropa ölkələrində keçirilən tədbirlərdə “Mangal Steak House” restoranının komandası milli mətbəximizi layiqincə təmsil edib. Belə tədbirlər İsveçrədə, İtaliya, Vatikanda təşkil olunub.
23-24 may tarixlərində Vatikan və Romada ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov, eləcə də Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun rəhbərliyi altında keçirilən tədbirdə Elşad Nuriyevin başçılıq etdiyi “Mangal Steak House” komandasının üzvləri - aşpazlar İsak Temel, Tural Kərimli və Amil İbrahimov hazırladıqları dadlı təamlar və göstərdikləri yüksək xidmət mədəniyyəti ilə tədbir iştirakçılarında xoş təəssürat yaradıblar. Onlar milli mətbəximizin zənginliyini və füsunkarlığını böyük fəxrlə nümayiş etdiriblər.

Xəbəri paylaş

Digər xəbərlər

27-11-2025

“Küldə şərqi deyənlər” sənədli filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovu...

Daha çox
05-11-2025

"Azman Holdinq" Zəfər Gününün beşinci ildönümü münasibəti ilə tədbir keçirib

Noyabrın 5-də "Mangal Steak House" restoranının "Mirvari" zalında "Azman Holdinq" şirkəti tərəf...

Daha çox