Terrora “yox” deyirik!
Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə bu il yanvarın 27-də Bakı vaxtilə 8:30 radələrində edilmiş silahlı hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, xidmətin iki əməkdaşı yaralanıb. Onlardan birinin – Vasif Tağıyevin əliyalın halda müqavimət göstərərək terrorçunu tərk-silah etməsi bu amansız cinayətin miqyasının daha da böyüməsinin, həmin vaxt binada olan səfirlik əməkdaşlarının və onların ailələrinin xain sui-qəsddən zərər çəkməsinin qarşısını alıb.
Hadisə ilə əlaqədar dərhal tviter hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayan möhtərəm Prezident İlham Əliyev hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.
Azərbaycan xalqı və dövləti ilə yanaşı beynəlxalq ictimaiyyət də İranın xüsusi xidmət orqanlarının rəvac verdiyi terror aktını qətiyyətlə pisləyir, onun təşkilatçılarının və icraçılarının tezliklə aşkarlanıb cəzalandırılmasını tələb edir.
Azərbaycan hökuməti İrandakı səfirliyin heyətini təxliyyə etməyi qərara alıb. Yanvarın 29-da gecə saatlarında səfirlik əməkdaşları və onların ailə üzvləri təyyarə ilə, ümumilikdə, 53 nəfər Tehrandan Bakıya gətirilib. Mühafizə xidmətinin rəisi, şəhid Orxan Əsgərovun nəşi və yaralı mühafizəçilər də Bakıya çatdırılıblar.
Yanvarın 30-da şəhid Orxan Əsgərovla vida mərasimi keçirilib. Mərasimdə Azərbaycanın hökumətinin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, çoxsaylı vətəndaşlar iştirak ediblər.
Qəhrəman şəhidimiz II Fəxri xiyabanda dəfn edilib.
Dəfn mərasimində “AZMAN HOLDİNQ”in sturukturuna daxil olan müəssisələrin nümayəndələri də iştirak edib, təmsil etdikləri qurumlar adından şəhidin məzarına əklillər qoyublar.
Holdinqin çoxsaylı kollektivi Tehranda baş vermis terror aktını şiddətlə qınayır, günahkarların ağır cəzalandırılmasını tələb edir, şəhidimiz Orxan Əsgərova Allahdan rəhmət, ailəsinə səbr diləyir, yaralılara tezliklə sağalmağı arzulayır.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox