"Beer Hall" - 10 il sizinlə

Burada gəlişinizə həmişə şaddırlar!

"Beer Hall" - 10 il sizinlə

Bu gün Bakıda həm milli, həm də dünya mətbəxinin təamlarını təklif edən  müxtəlif profilli çoxlu restoran fəaliyyət göstərir. Xoş vaxt keçirmək istəyənlər, ən incə zövqlü qurmanlar üçün yaxşı məkan seçmək imkanı genişdir. Çünki paytaxtımızda belə yerlərin sayı az deyil. Lakin əsas məsələ odur ki, uzun illər ərzində rəqabətə tab gətirərək, şəhərin sakinləri və qonaqları arasında rəğbət qazana biləsən.  “Beer Hall” restoranında bu məsələyə inamla, qürurla və məmnuniyyətlə cavab verirlər – “Bəli, biz sevilirik!”

“Beer Hall” restoranı ilk dəfə 21 yanvar 2013-cü ildə öz qapılarını canlı musiqi sədaları altında dostları ilə yeyib-içməyi, dincəlməyi və yaxınları ilə xoş vaxt keçirməyi sevənlərin üzünə açıb. Bu il isə 10 illik yubiley şərəfinə restoranın möhtəşəm zalında xüsusi şövqlə hazırlanan təntənəli gecə keçirildi. Təşkilatçılar qonaqların gecəni bəyənmələri üçün çox çalışmışdılar: musiqi və rəqslərdən ibarət şou proqram, aparıcının yaratdığı hərarətli və şən ab-hava… Sonda isə fərqlənən əməkdaşlara qonaqların alqışları altında sertifikat və hədiyyələr təqdim olundu. Gecənin iştirakçıları ənənəvi olaraq dadlı yeməklərə və içkilərə qonaq edildilər. Məclis bayram tortunun kəsilməsi ilə başa çatdı.

Çoxsaylı qonaqlarımız öz fəallıqları ilə bu günü daha da yaddaqalan etdilər. Ötən illər ərzində bizimlə olan hər kəsə və xüsusilə, bu əlamətdar günü bizimlə bərabər keçirənlərə təşəkkür edirik. Dünənki gecənin qonaqları arasında ötən 10 il ərzində bizimlə olanların çoxluq təşkil etməsi isə həqiqətən sevindirici idi… Bizim üçün bundan böyük mükafat ola bilməz. Təşəkkürlər, dostlar!

“Beer Hall”da bir bayram başa çatdı, amma… bayramlar davam edir və daimi qonaqlarımız, vaxtını xoş keçirməyi sevənlər bunu yaxşı bilirlər. Çünki yenə əvvəlki kimi sabah burada hamını səmimi, rahat bir mühit, gülərüz və qonaqsevər personal, təcrübəli aşpazların bişirdiyi dadlı təamlar və xoş ab-hava gözləyir.

Xəbəri paylaş

Digər xəbərlər

10-04-2024

Ramazan bayramı hər evə xoşbəxtlik, uğur, sevinc gətirsin!

Müqəddəs Ramazanın gəlişi ilə biz mərhəmət, şəfqət, mənəvi yenilənmə ilə dolu mübarək bir aya qədəm qoyuruq. Bu, im...

Daha çox
08-04-2024

II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qalibləri mükafatlandırılıb

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəs...

Daha çox