Kimsəsiz uşaqlar üçün Yeni il şənliyi

Xalqımızın həyatında mühüm hadisələrlə əlamətdar olan daha bir il başa çatır. Yeni – 2023-cü ili ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlərlə, qələbə ovqatı və quruculuq əzmi ilə qarşılayır, zəfər və qələbələr yolunda inamla addımlayırıq.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir. Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.
Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.

Xəbəri paylaş

Digər xəbərlər

27-11-2025

“Küldə şərqi deyənlər” sənədli filminin təqdimat mərasimi keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqında İttifaqın İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovu...

Daha çox
05-11-2025

"Azman Holdinq" Zəfər Gününün beşinci ildönümü münasibəti ilə tədbir keçirib

Noyabrın 5-də "Mangal Steak House" restoranının "Mirvari" zalında "Azman Holdinq" şirkəti tərəf...

Daha çox