Paytaxtın Səbail rayonunda, “Qurban Abbasov küçəsi 8” ünvanında yerləşən “Rahat Həyat” yaşayış kompleksi milli memarlıq üslubunda inşa edilmiş binalardan ibarətdir. Son günlər sosial şəbəkədə binaların bir şəxsə məxsus olması və burada küçənin genişləndirilməsi məqsədilə ağacların kəsilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
“Rahat Həyat” layihəsinin rəhbərliyi bununla əlaqədar bildirir ki, belə məlumatlarıın yayılması günbəgün böyüyən və gözəlləşən şəhərimizdə daha bir abad guşənin yaradılması kimi nəcib və faydalı işə kölgə salmaq niyyəti güdür.
Açıqlamada qeyd edilir ki, kompleksdəki binaların tikintisi mənzil-tikinti kooperativi tərəfindən aparılır və iddia olunduğu kimi hər hansı bir adama məxsus deyildir.
Kompleksdə inşaat işlərinə müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə əsasında 2017-ci ildə başlanılıb və iki binanın tikintisi, əsasən, başa çatdırılıb, artıq binanın yüzə qədər sakini var. Layihələndirmə zamanı Qurban Abbasov küçəsinin genişləndirilməsi nəzərdə tutulmayıb və bu iş Mənzil Tikinti Kooperativinin səlahiyyəti altında deyil. Lakin küçənin sol tərəfi boyunca əvvəl mövcud olan səkinin bina sakinlərinin təşəbbüsü və maliyyə vəsaiti hesabına genişləndirilib abadlaşdırılması üçün layihə hazırlanıb. Layihəsi Bakı şəhərinin icra strukturları, həmçinin Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən 2021-ci ildə qanunvericiliyə uyğun şəkildə təsdiq edilib. Bir müddət əvvəl səkidə layihə üzrə işlərin icrasına başlanılıb. Bu zaman ərazidəki yaşıllıqların qorunub saxlanması ilə yanaşı səkinin mövcud landşafta uyğun şəkildə genişləndirilməsi və torpaq sürüşməsinin qarşısının alınması üçün ərazinin maili hissəsində istinad divarı tikilib. Səkidəki ağacların dibi bərkidilib, onlara aqrotexniki qulluq göstərilməsi üçün müvafiq tədbirlər görülüb. Lakin bu il iyulun 16-da Bakıda güclü külək əsməsi nəticəsində gecə saatlarında səkidəki yaşlı küknar ağaclarından ikisi sınaraq, küçənin asfalt hissəsinə yıxılıb.
Bu barədə Bakı Şəhər Yaşıllıq İdarəsinə və əraziyə xidmət göstərən Mənzil-İstismar Sahəsinə müraciət olunub. Layihə rəhbərliyinin müraciəti əsasında həmin qurumların əməkdaşları ərazini sınmış ağacların qalıqlarından təmizləyiblər və onların yerində 6 ədəd küknar pöhrəsi və 30 ədəd çinar əkilib.
Hazırda səkinin abadlaşdırılması davam etdirilir. Sakinlərimizin vəsaiti hesabına ərazidə əlavə olaraq çinar ağacları əkilib. Səki genişləndirildikdən sonra orada sonra sakinlər üçün oturacaqların da quraşdırılması nəzərdə tutulur. Belə ki, həmin ərazidən Xəzər dənizinə gözəl mənzərə açılır.
Layihə rəhbərliyindən bildirilib ki, ümumiyyətlə, ərazidə abadlıq işləri hər hansı sosial şəbəkə statusunun və ya “ictimai nəzarət” adı ilə kənar müdaxilələrin təsiri altında deyil, əvvəlcədən təsdiqlənmiş layihə əsasında planlı şəkildə həyata keçirilir.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çoxErmənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...
Daha çox