Ötən il sentyabrın 27-də Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı və 44 günlük döyüşlər zamanı qazandığı möhtəşəm qələbə hər bir Azərbaycan vətəndaşı üçün qürur və fəxarət mənbəyidir.
Bu gün bütün Azərbaycan Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini hörmət və ehtiramla yad edir, onların ruhu qarşısında baş əyir.
Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi döyüşçülərimizə, şəhid ailələrinə qayğı və diqqətini heç vaxt əsirgəməyən “Azman Holdinq” şirkətinə daxil olan bütün obyektlərdə də ehtiramla anılıb.
Bu döyüşlər zamanı “Azman Holdinq” də öz işini müharibə qanunlarına uyğun təşkil edib, daim döyüşən orduya dəstək olub. Döyüşlərdə şirkətin əməkdaşları da yaxından iştirak edib, onlardan iki nəfəri şəhidlik zirvəsinə ucalıb.
Hazırda “Azman Holdinq”ə daxil olan qurumlarda birinci və ikinci Qarabağ müharibəsində iştirak etmiş 35 nəfər qazi çalışır.
Sentyabrın 27-də saat 12-də bütün ölkə ərazisində olduğu kimi şirkətə daxil olan obyektlərdə anım tədbirləri keçirilib, ehsan süfrələri açılıb. Azərbaycan xalqının 30 illik həsrət və ağrısına öz qanı ilə son qoyan Vətən övladlarının ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Eşq olsun cənab Ali Baş komandana!
Eşq olsun Müzəffər Azərbaycan əsgərinə!
Qarabağ Azərbaycandır!!!
“Mangal Steak House Bayıl” restoranı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) ictimai iaşə o...
Daha çoxSentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...
Daha çox