“Azman Holding” şirkətinin əməkdaşı Ramil Məmmədli beynəlxalq Arnica Art Land Çalıştay simpoziumunda iştirak etmişdir

“Azman Holding” şirkətinin əməkdaşı — marketinq şöbəsinin qrafik dizayneri Ramil Məmmədli — hər il müxtəlif istiqamətlərdən olan rəssamları bir araya gətirərək fənlərarası dialoq və bədii tədqiqat üçün mühit yaradan beynəlxalq Arnica Art Land Çalıştay simpoziumunda iştirak etmişdir. Layihənin baş sponsoru Arnica şirkətidir. Təşəbbüskar və məsləhət şurasının sədri Senur Akın Biçer, simpoziumun və yekun sərginin kurator konsepsiyasını isə Fırat Neziroğlu həyata keçirir.

2025-ci ildə Arnica Art Land 4-cü Çalıştay keçirilmiş və burada Azərbaycan da daxil olmaqla 21 rəssam iştirak etmişdir. Ramil Məmmədlinin iştirakı Azman Holding üçün əhəmiyyətli hadisə olmuş, şirkətin yaradıcı potensialın inkişafına və əməkdaşların peşəkar yüksəlişinə verdiyi önəmi bir daha vurğulamışdır.

Simpozium yeddi gün ərzində Kütahya şəhərində baş tutmuş, rəssamlar kollektiv yaradıcılıq mühitində fəaliyyət göstərmişlər. Layihənin yekunu olaraq 10 aprel 2026-cı ildə Atatürk Kültür Mərkəzində açılışı keçirilən sərgidə 21 əsər nümayiş olunmuşdur.

Ramil Məmmədlinin “Təbiətin ruhları” adlı əsəri əcdadların yaddaşını qoruyan və insan varlığının izlərini əks etdirən görünməz, lakin hər şeyi əhatə edən substansiya ideyasına müraciət edir. Rəssam təbiəti tarixi və mənəvi kodun daşıyıcısı kimi təqdim edir; burada keçmiş və bu gün vahid, fasiləsiz formalaşan sistemdə birləşir.

Xəbəri paylaş

Digər xəbərlər

22-04-2026

“Azman Holding” şirkətinin əməkdaşı Ramil Məmmədli beynəlxalq Arnica Art Land Çalıştay simpoziumunda iştirak etmişdir

“Azman Holding” şirkətinin əməkdaşı — marketinq şöbəsinin qrafik dizayneri Ramil Məmmədli — hər...

Daha çox
12-04-2026

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu

"Azman Holdinq"in əməkdaşı beynəlxalq yarışda xüsusi medalla təltif olundu  Aprelin 12-də "Sea Bree...

Daha çox