“IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Real FM-in (Real Təhlil İnformasiya Mərkəzi) dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 dalğasında yayımlanan AzerNyuMeda Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının “IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi keçiriləcək.

Təqdimat mərasimi yanvar ayının 28-də baş tutacaq.

Qeyd edək ki, mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino Radio Kanalının soğruları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir. Mükafat Azərbaycanın çoxprofilli şirkəti olan “Azman Holding”dir.  Şirkət əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşıb.

“Azman Holding” ölkəmizdə idmanın təbliği və populyarlaşdırılması sahəsinə də öz sanballı töhfəsini verir. Holdinq çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir, Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir. Cinema Radio Kino Radio Kanalının IV Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasimi də şirkətin dəstək göstərdiyi layihələrdən biridir.

Qeyd edək ki, mükafat 2019-cu ildən bəri təqdim olunur. Mükafat 2019-cu ildə rejissor, aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə təqdim olunub. 

https://www.musavat.com/news/iv-muasir-audiovizual-baxis-mukafatinin-teqdimetme-merasimi-kecirilecek_947951.html

https://azvision.az/news/316425

Xəbəri paylaş

Digər xəbərlər

26-02-2024

Xocalı soyqırımını unutmayacağıq!

Fevralın 26-da biz 1992-ci ildə Xocalıda baş vermiş qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu dəhşətli ha...

Daha çox
14-02-2024

İnam və minnətdarlığın təntənəsi

Bizim, Azərbaycan vətəndaşlarının növbəti 7 il müddətinə ölkə Prezidenti seçdiyimiz gün – 20...

Daha çox