“Bundan sonra göz yaşı axıtmamalıyıq”

Dövlətin əlamətdar günlərinə və Vətənlə bağlı mövzulara həssaslığıyla seçilən “Fire Land Production” “Azman Holdinq”in dəstəyi ilə bu səfər 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid yaxınlarını bir araya topladı.

“Qafqazinfo” xəbər verir ki, tədbirə toplaşanlar əslində hər zaman bir səbəbdən bir-birilərini tez-tez görürlər. Mövzu Vətən, Zəfər, Ordumuz və şəhidlərdirsə, vətənsevərlər və şəhid yaxınları bir ürək olurlar.

“Fire Land Production” tədbirlərini 2  ildir silsilə şəklində davam edir. AYB-nin üzvü Cəlal Qurbanovun rəhbərliyi ilə həyata keçirilən “Mənim atam Qəhrəmandır” və “Mənim oğlum Qəhrəmandır” layihələrinə 2000-ə yaxın şəhid yaxını cəlb olunub. Tədbirlərə Heydər Əliyev Fondu öz dəstəyini göstərib.

Şəhid yaxınlarının bir qismi Şuşanı ziyarət ediblər, şəhidlərinin ruhunun gəzindiyi torpaqlara qovuşublar. Zəfər Günü ilə əlaqədar keçirilən tədbirə isə yenə də “Azman Holdinq”ə daxil olan “Manqal Steak House” ev sahibliyi etdi.  Tədbirdə 300-ə yaxın şəhid yaxını, dövlət rəsmiləri və sənət adamları iştirak edirdilər.

Bayram gecəsinin aparıcılığı Nailə İslamzadəyə həvalə olunmuşdu. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev, AMEA-nın həqiqi üzvü, deputat Ziyad Səmədzadə bu günün önəmi haqqında fikirlərini öz çıxışlarında bildirdilər, xalqımızı bayram münasibəti ilə təbrik etdilər.

Sənətçilərdən Əməkdar artist Xumar Qədimova, Zamiq Hüseynov,  Əməkdar artist, tarzən Vüsal İskəndərzadə tədbirin bayram əhval ruhiyyəsində davam etməsi üçün öz repertuarlarından mahnılar səsləndirdilər.  Zəfər Günü ilə bağlı layihə çərçivəsində hazırlanmış “Anaya məktub” adlı video çarx qonaqlara təqdim olunan zaman isə kövrək anlar yaşandı.

Tədbirin təşkilatçısı və “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov Zəfər Günü ilə bağlı fikirlərini belə dilə gətirdi:

“Biz Zəfərdən keçən iki ildə sizinlə çox doğmalaşmışıq. Bir-birimizi kədərdə tanısaq da, bu tanışlığın əsas səbəbkarları zəfəri, sevinci bizə gətirənlərdir. Biz şəhid sözünü canlı təsəvvür edənlərdənik. Çünki biz şəhidlərimizin ad günlərində də toplaşırıq. Bir-birimizin istəklərindən yuxumuza girən şəhidlərimiz vasitəsilə xəbər alırıq. Buradakıların çoxu bu faktı da təsdiqləyər. Mən çox danışmayacağam, sadəcə komandamın adından təşəkkürlər edəcəyəm. Təbii ki, ilk növbədə şəhidlərimizə! Əminəm ki, onların ruhları  öz əzizlərinin olduğu yerlərdə gəzir və bizi eşidirlər. Bizim adımızı yüksəldənlər, belimizi dikəldənlər, namusumuzu təmizləyənlərə təşəkkürlər edirik! Daha sonra 2 ildir bu müqəddəs insanların itkisinə dözməyə çalışan şəhid yaxınlarına təşəkkür edirik! Nə yaxşı ki, bizi də öz ailənizə qəbul etdiniz, bizi də bağrınıza basdınız! Qazilərimizə, Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirik! Siz düşmənə və bizi həzm edə bilməyən ölkələrə göz dağısınız! Adınızın gəldiyi yerlərdə ürəklər titrəyir artıq... Arazın o tayında da Cənab Prezidentimizi gözləyirlər, görməyi arzulayırlar. Bu arzular əbəs deyil, ona olan inamdır, güvəndir! Heydər Əliyev Fondu və onun rəhbərliyinə - Anar Ələkbərova təşəkkür edirəm, heç  bir işimizdə bizi tək qoymadı! Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarına, məsul şəxslərinə, polislərimizə bütün şəhid yaxınları adından təşəkkür edirəm! Hər yerdə şəhid əmanətlərini hərbi salamla qarşıladılar, önəmli günlərdə onların toplaşdığı tur avtobuslarını yolboyu izlədilər, paytaxt yollarını onlar üçün təhlükəsiz etdilər! Bundan sonra göz yaşı axıtmamalıyıq. Sevincə çox səbəb var. Biz artıq bütöv Azərbaycanın vətəndaşlarıyıq. Biz artıq doğma torpaqlara qayıdırıq. Bizim artıq həm əcdadlarımızın, həm də övladlarımızın qarşısında başımız dikdir!” 

https://qafqazinfo.az/news/detail/bundan-sonra-goz-yasi-axitmamaliyiq-video-fotolar-381556

https://525.az/news/205518-bundan-sonra-goz-yasi-axitmamaliyiq-fotovideo

https://sfera.az/cemiyyet/200360/bundan-sonra-gz-yasi-axitmamaliyiq-video-fotolar/

https://publika.az/news/sosial/421166.html

https://axar.az/news/gundem/689154.html

https://teleqraf.com/news/toplum/347591.html

https://haqqin.az/news/265406

http://www.bakuinform.az/socium/11876-prazdnik-so-slezami-na-glazah

Xəbəri paylaş

Digər xəbərlər

26-02-2024

Xocalı soyqırımını unutmayacağıq!

Fevralın 26-da biz 1992-ci ildə Xocalıda baş vermiş qanlı faciə qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu dəhşətli ha...

Daha çox
14-02-2024

İnam və minnətdarlığın təntənəsi

Bizim, Azərbaycan vətəndaşlarının növbəti 7 il müddətinə ölkə Prezidenti seçdiyimiz gün – 20...

Daha çox