Azman Holdinqdə Zəfər gününə həsr edilmiş tədbir keçirilib.

Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Bizə Qələbə sevinci, xalqımıza qürur bəxş edən qəhrəman Ordumuza, onun böyük sərkərdəsi, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq! Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyir, qazilərə və veteranlara cansağlığı arzulayırıq! Onların hünəri və misilsiz fədakarlığı sayəsində bu gün biz qalib ölkə, müzəffər xalq kimi yaşayırıq.

İşğaldan azad edilmiş torpaqlarımız dirçəlir, Qarabağda, Zəngəzurda sürətli bərpa-quruculuq işləri aparılır.

Bu fikirlər ölkəmizdə ilk dəfə qeyd olunan Zəfər Günü münasibət “Azman Holdinq”in keçirdiyi tədbirdə söylənilib. Tədbir holdinqin əməkdaşları olmuş və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əli Nağıyev və Əbülhəsən Eyvazovun məzarlarının ziyarət edilməsi başlanıb. Şəhidlərin holdinqin mərkəzi ofisindəki xatirə guşəsinə də təzə-tər çiçəklər düzülüb. Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Holdinqin ictimaiyyətlər əlaqələr üzrə meneceri, Əməkdar Mədəniyyət İşçisi Xanlar Məmmədov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Ali Baş Komandanın hərbi-siyasi və diplomatik fəaliyyəti, hərbçilərimizin vətənpərvərliyi barədə danışıb. Həmçinin, Vətən müharibəsində holdinqin tərkibindəki müxtəlif şirkətlərdə çalışmış 24 nəfər iştirak etdiyi, onlardan ikisi torpaqlarımızın azadlığı urunda canını qurban verdiyi, şəhidlərin ailələrinə və müharibə iştirakçılarına holdiqin rəhbərliyinin daim diqqət və qayğı göstərdiyi, müharibə dövründə ordumuza maddi və mənəvi dəstək verildiyi bildirilib.

 

Sonra Silahlı Qüvvələrin ehtiyatda olan mayoru, müharibə veteranı Şəmsəddin Hüseynov, qazi Sübhan Məlikov çıxış edərək, döyüş xatirələrindən, qələbə duyğularından söz açıblar. Bildirilib ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin mənəvi gücü, xalqımızın birliyi və hənrəyliyi erməniz faşizmi üzərində qələbə qazanılmasını təmin edib. Müharibə Azərbaycanın zəfəri ilə başa çatıb ölkəmizin ərazi bütövlüyü bərpa edilsə də, biz daim ayıq-sayıq olmalı, dövlətimizin gücünü, qüdrətini daha artırmalı, gənc nəsli yüksək vətənpərvərlik ruhunda tərbiyə etməliyik. İşğaldan azad edilmiş ərazilərin – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, otuz ilə yaxın müddətdə xalqımıza vurulan yaraların sağaldılması, öz sahiblərini gözləyən torpaqlara qayıdışın başlanması və uğurla həyata keçirilməsi üçün birliyimizi daha da möhkəmləndirməli, ölkəmizin sosial-iqtisadi inkişafına yeni-yeni töhfələr verməliyik.

Tədbirdə tanınmış tarixçi-politoloq Rizvan Hüseynovun “İkinci Qarabağ müharibəsi və yeni geoasiyasi vəziyyət” mövzusunda söhbəti maraqla qarşılanıb. Bundan başqa, Vətən müharibəsi qəhrəmanlarına həsr edilmiş videoçarxlar da nümayiş olunub.

44 günlük Vətən müharibəsinin tədbirdə iştirak edən 30-dan çox iştirakçısına “Azman Holdinq”in pul mükafatı və “Xarıbülbül” döş nişanı təqdim edilib.

Tədbir bayram süfrəsi və incəsənət ustalarının çıxışıları ilə başa çatıb.

Xəbəri paylaş

Digər xəbərlər

28-09-2024

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib

Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə...

Daha çox
27-09-2024

AZMAN HOLDİNQ-in bütün strukturlarında şəhidlərin əziz xatirəsi anılıb.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, iş...

Daha çox